Deputatlar uşaq pulunun bərpa olunması məsələsini Milli Məclisdə qaldırıblar

06 Avq 2020 13:18
180

"Ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaq pulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaq pulu verilsəydi, daha yaxşı olardı".

Ambur.az-ın APA-ya istinadən məlumatına görə, müzakirəyə çıxarılan “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaq pulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı: “Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaq pulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaq pulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”

Oxşar xəbərlər