DGK: “Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün rentgen qurğusu quraşdırılıb

25 Yan 2022 01:42
90

“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün yeni rentgen qurğusunun quraşdırılması yekunlaşıb.

Ambur.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Tvitter" hesabında yazıb.

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb”, - Dövlət Komitəsinin sədri qeyd edib.

Oxşar xəbərlər