DİN Tərtərdə baş verən partlayışla bağlı məlumat yayıb

01 Okt 2022 16:50
158

Daxili İşlər Nazirliyi (DİN) bu gün Tərtərdə baş verən partlayışla bağlı məlumat yayıb.

Ambur.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün saat 11:30 radələrində Tərtər rayonunun Səhləbad kənd sakinləri Nicat Cabbarov və Rəfael Bayramovun kənd ərazisində tapdıqları partlamamış hərbi sursatla ehtiyatsız davranmaları nəticəsində həmin sursat partılayıb:

“Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Polis əməkdaşlarının köməyi ilə onlar dərhal xəstəxanaya çatdırılıb. Hər iki şəxsin bir ayağı amputasiya olunub. Araşdırma aparılır.

Bir daha vətəndaşlarımızı hərbi xarakterli silah-sursatla rastlaşdıqları təqdirdə ona toxunmadan dərhal aidiyaəti qurumlara məlumat vermələrini xahiş edirik”.

Oxşar xəbərlər