Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq

14 Apr 2022 19:02
62

Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq.

Ambur.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, din xadimlərini həmin komissiya attestasiya edəcək: "İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək".

Sədr müavini Attestasiya Komissiyasında kimlərin təmsil olunacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, qanuna əsasən, Attestasiyanı Dövlət Komitəsi keçirir, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislər bu prosesdə iştirak edirlər: "Əslində din xadimlərinin attestasiyası yeni məsələ deyil. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirib və bu sahədə onların təcrübəsi var, biz də bu təcrübədən istifadə edəcəyik".

Oxşar xəbərlər