DİNLƏN, SƏS VER, TALIŞ DİLİM

24 Sen 2021 18:31
212

Hay ver mənim harayıma,
Dinlən, səs ver, Talış dilim.
Nur ver könül sarayıma,
Deyək sənə alqış, dilim.
Dinlən, səs ver, Talış dilim.


Sən susarsan, yox olaram,
Ellə birgə yıxılaram,
Qəm, kədərdən boğularam,
Gəl, dillərlə yarış, dilim.
Dinlən, səs ver, Talış dilim.


Ulu dilsən sən əzəldən,
Doymaq olmur bu gözəldən,
Bayatı, nəğmə, qəzəldən,
Göyərçinə dönüş dilim.
Dinlən, səs ver, Talış dilim.


"İnə"* desin "Bəştı ğıbon"*,
Bir şirin çay, sarı limon,
Hər bir sözü dərdə dərman,
Ey Adəmdən gəlmiş dilim.
Dinlən, səs ver, Talış dilim.


Sadiqliyəm, Lerik yurdum,
Bu dağlarda ömür sürdüm,
Zirvələrdən hey büyürdüm,
Yaraşmayır eniş dilim...!
Dinlən, səs ver, Talış dilim!

Qeyd: İnə -Ana
Bəştı ğıbon -Sənə qurban

             Rüstəm SADİQLİ
 

Oxşar xəbərlər