Diryan kənd məktəbinin məllimi: “Harda oluram olum, bu məktəbi, keçdiyim bu yolu heç vaxt unutmayacağam“- VİDEO

15 Dek 2021 12:26
436

"Mən əminəm ki, gələcəkdə çox yaxşı mövqedə olacağam. Çünkü planlarım, hədəflərim var. Amma harda oluram olum, bu məktəbi, bu çətin vəziyyətimi, keçdiyim bu yolu heç vaxt unutmayacağam. Çünkü məni üçün çox gözəl bir dərs oldu. Həm dərs verdim, həm özüm də dərs aldım...".

Ambur.az bildirir ki, bunu Bakıdan Lənkəranın Diryan kəndinə köçən və kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Günel Bədəlova deyib. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi videoreportaj hazırlayıb. Günel xanımın müəllimlik fəaliyyətinə dəstək olması üçün həyat yoldaşı da onunla birlikdə Bakıdan Diryan kəndinə köçüb.

Qeyd edək ki, gənc müəllim 3 ildir ki, bu məktəbdə çalışır.

Ambur.az Azərbaycan Respublikası Təhsil Nazirliyinə istinadən sözügedən videorepartajı təqdim edir:

Oxşar xəbərlər