Doğum tarixini yazmasaz, instaqrama girə bilməyəcəksiz

31 Avq 2021 11:15
197

Şəxsi məlumatlar olan bölmədə doğum tarixini qeyd etməyən istifadəçilər üçün instagram sosial şəbəkəsinə giriş qadağan olunacaq.

Ambur.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc edilmiş press -relizdə bildirilib.

“Gənc istifadəçiləri qorumaq məqsədilə yeni xüsusiyyətləri inkişaf etdirmək üçün bu məlumatlara ehtiyacımız var”, - deyə açıqlamada vurğulanıb. 

Bildirilir ki, əvvəlcə istifadəçi sosial şəbəkə tətbiqinin hər açılışında tarixi göstərmək üçün dəfələrlə sorğu alacaq. Həssas məzmunlu bir yazını hər dəfə görmək istədiyiniz zaman xəbərdarlıq da alacaqsız.

Şəxsi məlumatlar olan bölmə əlavə edilməzsə, rəhbərlik bu şəxs üçün instaqrama girişi məhdudlaşdırmaq məcburiyyətində qalacaq.
 

Oxşar xəbərlər