Dövlət başçısı jurnalistin “Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş sübutlar da feykdir?“ -sualını cavablandırıb

09 Noy 2020 08:57
205

Ambur.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.

Dövlət başçısı jurnalistin "Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş sübutlar da feykdir?" -sualına cavab olaraq deyib:

"Əlbəttə ki. Çünki “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalarda öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat verirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bu müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur".
 

Oxşar xəbərlər