Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov

23 Yan 2021 12:30
375

Nahid Qədir oğlu Məmmədov 1981-ci ilin sentyabrın 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 
1988-1999-cu illərdə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi əla qiymətlərlə (qırmızı atestatla) bitirdikdən sonra Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olmuşdur. 
2004-cü ildə BDU-nu bitirmişdir. 
2005-2006-cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunda “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. 
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasına daxil olmuş, 2016-cı ildə “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır.  
2005-2007-ci illər ərzində özəl sektorda çalışan N.Məmmədov 2008-ci ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsləhətçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsini icra edən vəzifələrini daşımışdır. Hazırda Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiridir. 
Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 
 “İşğal altındakı tarixi-dini abidələrimiz” və “İslamda Vətən və Dövlət sevgisi”, “Milli-mənəvi dəyərlərimiz: qorunması zəruri olan dəyərlərimiz”, “Dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu”, “Dindarlaşma prosesi və Vətənə sədaqət”, “Dini ədəbiyyat: mənəviyyatın, yoxsa ekstremizmin təbliğat vasitəsi kimi”, “Çağdaş müsəlman: mənəviyyat nümunəsi”, “AXC dövründə dövlət-din münasibətləri və Məşixət” adlı kitabların müəllifi, “İslam əxlaqı”, “Azərbaycan və Əhli-Beyt irsi”, “Azərbaycanda ənənəvi din” kitablarının həmmüəllifidir. Onlarla elmi-publisistik məqalələri müxtəlif mətbu orqanlarda çap olunmuşdur. Ailəlidir, bir qızı və oğlu var.

                                  Facebook: MASALLININ ZİYALILARI-2019

Oxşar xəbərlər