Dövlət Komitəsinin təşəbbüsü ilə qanvermə aksiyasına start verilib

12 Apr 2021 16:44
76

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Qan verək, həyat bəxş edək” qanvermə aksiyası həyata keçirilir.

Ambur.az Report-a istinadən xəbər verir ki, aksiya ölkədə karantin rejiminin tədbiq olunduğu müddətdə talassemiya və hemofeliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.

Bugünkü aksiyaya komitə əməkdaşları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri, Komitə yanında İctimai şuranın üzvləri, digər təşkilat nümayəndələri və könüllülər qatılıblar.

Aksiya ölkədə elan olunan karantin qaydalarına uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baş tutub.

Aksiya zamanı Komitə tərəfindən hazırlanan maarifləndirici materiallar da iştirakçılara təqdim olunub.

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankında baş tutan qanvermə aksiyası 2 gün davam edəcək.

Oxşar xəbərlər