Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü

12 Apr 2021 22:05
148

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az Report-a istinadən xəbər verir ki, bir həftə əvvəl Xətai rayonunda 65 yaşlı Əmirbala Zeynalovun idarə etdiyi “Ural” markalı avtomobil yolu keçən 29 yaşlı Əliyeva Leyla Aqil qızını vurub.

Xəstəxanaya yerləşdirilən yaralı 6 gün sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Zeynalovun idarə etdiyi avtomobil “Azəristiliktəchizat” ASC-yə məxsusdur.

Oxşar xəbərlər