DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı

21 İyn 2021 17:33
84

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

Ambur.az Meydan TV-yə istinadən xəbər verir ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb.

İdarənin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev "Qafqazinfo"-ya açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Oxşar xəbərlər