Əbdürrəhman Vəzirov vəfat edib

10 Yan 2022 10:25
140

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Ambur.az xəbər verir ki, Ə.Vəzirov bu gün səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub.

O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.

Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.

Oxşar xəbərlər