Əfqanıstanda cümə günü daha bir şiə məscidi partladılıb, ölən və yaralananlar var- Foto

15 Okt 2021 19:44
75

Əfqanıstanın Qəndəhar əyalətində Fatimiyyə adlı məsciddə partlayış törədilib, ölən və yaralananlar var.

Ambur.az AmajNews-a istinadla xəbər verir ki, Qəndəharın İmam-Barigah məntəqəsində yerləşən Fatimiyyə adlı məsciddə cümə namazı vaxtı partlayış törədilib.

Taliban hökumətinin Daxili İşlər Nazirliyinin rəsmisi Səid Xousti bu partlayışda ölən və yaralananların olduğunu bildirib.

Taliban mənbəsi partlayışı planlayanların və törədənlərin ələ keçiriləcəyi və mühakimə ediləcəyini bildirib.

Qeyd edək ki, ötən həftənin cümə günü Künduz əyalətində şiələrin məscidində törədilən partlayış nəticəsində azı 80 nəfər şəhid olmuş və 140 nəfər yaralanmışdı. İŞİD bəyanat yayaraq bu hücumun, təşkilatın Məhəmməd Uyğur adlı üzvü tərəfindən həyata keçirildiyini və bu hücumda "həzarə şiələrin məbədi"nin hədəfə alındığını elan etmişdi.

Oxşar xəbərlər