Əfqanıstanın Məzar-Şərif şəhərində son həftədə ikinci dəfə partlayış törədilib, 11 ölən var

29 Apr 2022 11:25
111

Ötən gün axşam saatlarında Əfqanıstanın əsasən şiələr yaşayan Məzar-Şərif şəhərində iki ardıcıl partlayış törədilib.

Ambur.az bildirir ki, bu barədə SalamNews ToloNews-a istinadən xəbər verir.

Qeyd edilir ki, yerli mənbələrin məlumatına görə ardıcıl olaraq iki partlayış Bəlx əyalətinin inzibati mərkəzi olan Məzar-Şərifin Səccadiyyə və Rouzə-Səxiy rayonlarında törədilib. Partlayışlardan biri insanların daha çox get gəl etdiyi sərnişin avtobusların dayanacağında törədilib.

Ümumilikdə indiyə qədər 11 nəfərin ölümü qeydə alınıb və daha 11 nəfər yaralanıb.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günü də şəhərin Sə-Dukan məscidində törədilən parlayış nəticəsində 43 nəfər həyatını itirmiş və daha 90 nəfər müxtəlif dərəcələrdə yaralanmışdı. Ötən həftənin cümə günü Künduz əyalətində bir məsciddə də partlayış törədilmiş və bu partlayışları İŞİD üzərinə götürmüşdü.

Oxşar xəbərlər