“Əgər böyük olsaydım mən də torpaqlarımızın müdafiəsinə qalxardım“- Şəhid Nahidin dördüncü sinifdə hazırladığı məqalə

08 Fev 2021 15:01
393

"Müharibə əhval-ruhiyyəsi Nahiddə 4-cü sinifdən idi. 4-cü sinifdə oxuyarkən, ondan bir məqalə istəyiblər ki, qazetə vursunlar. Yəni, o dövrdən Nahid torpaqlarını azad görmək istəyirdi". 

Ambur.az xəbər verir ki, bu sözləri şəhid Nahid Məmmədovun atası Vahid kişi deyir. Nahid 4-cü sinifdə oxuyarkən, ondan vətən haqqında bir məqalə istənilir, Nahid də məqalədə qeyd edir: 

"Vətənim Azərbaycandır. Onun hər bir qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal olunmuş 20% torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əgər böyük olsaydım mən də torpaqlarımızın müdafiəsinə qalxardım.

                          Nahid MƏMMƏDOV".

Oxşar xəbərlər