“Əhəmənilər Zərdüşti olmasalar da, parfiyalılar Zərdüşti idilər. Ona görə I Dara şah seçilən kimi özünü dini lider elan etdi“- İlqar Səfərov

30 Avq 2021 11:30
432

"Zərdüştün anası Raqdan olsa da, atası Parfiyalı idi. Midiya şahı Fraortanın vəziri Viştasp da Parfiyalı idi. Əslində satrap Viştasp yox, vəzir Viştasp Zərdüştun müasiri olub. Əhəmənilər Zərdüşti olmasalar da, parfiyalılar Zərdüşti idilər. Ona görə I Dara şah seçilən kimi özünü dini lider elan etdi".

Ambur.az xəbər verir ki, bunu tarixçi İlqar Səfərov özünün "Facebook" hesabında paylaşıb:

"İsgəndər Hirkan dənizinin şirin sulu körfəzindən ayrılandan sonra Parfiyaya yola düşdü. Yarıyolda Daranın öldürÜldüyünu öyrəndi. Ktessinin məlumatına görə Böyük Kir də Parfiyada dar dərələrin birində Değ tayfaları tərəfindən tələyə salınaraq öldürülüb. Parfiyanın paytaxtı Tus şəhəri idi. Parfiyanın yerinin dolaşığa salınmasının səbəbkarı Firdovsinin vətəni olan Tus şəhəri olmuşdur. Herzfeldin "Zərdüşt və onun dünyası" əsərində Parfiya satrapı Viştaspın Tus Notar şəhərində doğulduğu yazılır. Viştasp qadın xətti ilə Əhəməni şah ailəsinə bağlı idi. Bu qohumluğa görə Viştasp Parfiya satrapı təyin olunmuşdu. Asp Parfiyada müqəddəs heyvan sayıldığından oğlan uşaqlarının adının sonuna əlavə olunurdu. Bu adlar sırf Parfiyaya aiddir. Zərdüştün anası Raqdan olsa da, atası Parfiyalı idi. Midiya şahı Fraortanın vəziri Viştasp da Parfiyalı idi. Əslində satrap Viştasp yox, vəzir Viştasp Zərdüştun müasiri olub. Əhəmənilər Zərdüşti olmasalar da, parfiyalılar Zərdüşti idilər. Ona görə I Dara şah seçilən kimi özünü dini lider elan etdi.

Xorasandakı Tus şəhərində iki Sidr ağacı əkilmişdi. Güya bu ağaclar Zərdüştün doğum İliç ilə bağlı olmuşdur. Bu ağaclar Zərdüşt dini əlamətinin daşıyıcısı kimi Xəlifənin əmri ilə 860-ildə kəsilib. Bu ağacların ömru təxminən 1450 hesablanır. Zərdüştşünaslar bunu İsgəndərə qədər olan 258 ilə görə hesablamışlar.

"Avesta" ya görə insanlar üç müqəddəs ZƏR əta olub. Şahların ZƏRi padşah oturan şəhərə, Maqların ZƏRi Parfiyanın paytaxtı Tus şəhərinə, sadət Xalqın ZƏRi Zərdüştün doğulduğu Raq şəhərinə əta olmuşdur. Hertsfeldə görə Zərdüştün Raqdan Tusa, ordanda  Baktriyaya daimi marşrutu var idi. O bü yolü qoşa atlarla gedirdi.

Kir masagetlərlə döyüşdən qabaq yuxuda Daranın hakimiyyəti ələ aldığını görür. Ona görə Daranın atası, Parfiya satrapı Viştaspı onu həbs eləmək üçün geri göndərir.
Masagetlərlə döyüş böyük fəlakətlə qurtarır. Kir döyüş zonasından çıxarılır. Ktessinin məlumatına görə Kir Parfiyada daylar vadisində tələyə salınaraq öldürülür".

Oxşar xəbərlər