Əl-Əqsa məscidində İsrail qüvvələri ilə qarşıdurmada 152 fələstinli yaralanıb

15 Apr 2022 11:41
113

İşğal altında olan Qüdsdə əl-Əqsa məscidinin daxilində və ətrafında baş verən toqquşmalarda 152 fələstinli yaralanıb və xəsarət alıb.

Ambur.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib.

Bildirilib ki, İsrail qüvvələri bu gün səhər əl-Əqsa məscidinin içində və ətrafında olan fələstinliləri ərazidən uzaqlaşdırmağa cəhd edib. Baş verən toqquşmada 152 fələstinli yaralanıb və xəsarət alıb.

Səhiyyə mənbələri qeyd ediblər ki, yaralananların çoxu rezin güllələrdən, səs bombaları və dəyənəklərdən xəsarət alanlardır.

Həmçinin onlarla fələstinli burada İsrail qüvvələri tərəfindən həbs edilib.

Fələstin Muxtariyyəti bəyanat verərək, əl-Əqsa məscidində baş verənləri “Fələstin xalqına qarşı müharibə” adlandırıb.

Oxşar xəbərlər