Ələt-Astara yolundakı qəzada yaralananların bəzilərinin adları məlum olub

23 İyn 2022 21:24
130

Ələt-Astara yolundakı qəzada yaralananların bəzilərinin şəxsiyyəti məlum olub. 

Ambur.az "Report"a istinadən xəbər verir, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr bunlardır: 

1. 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

2. 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini. 

3. 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

4. 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

5. 1990-cu il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

6. 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi. 

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

19:44
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayon mərkəzi xəstəxanasına 6,  Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib. 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:02
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər