Əli Nasir -Allah rəhmət etsin!

01 Fev 2018 12:24
876

Aldı əlimizdən səni dövran, Əli Nasir

 

Bu gün Azərbaycanın tanınmış ziyalısı, milli azadlıq hərəkatının fəallarından biri, şair və publisist, AYB-nin üzvü, Talış xalqının dəyərli oğlu ustad Əli Nasirin vəfatından bir il keçir. 

 

 

Aldı əlimizdən səni dövran, Əli Nasir,
Düşdü araya möhnəti-hicran Əli Nasir.

 

Qəlbin sənin ancaq Vətən eğqiylə döyündü,
Yalnız Vətən eşqiydi sənə can, Əli Nasir.

 

Qaldın unudulmaz əbədi xatirəmizdə,
Ey ülvi, müqəddəs, gözəl insan Əli Nasir.

 

Tapdın mərəz, illərlə Vətən dərdini çəkdin,
Müşküldü, bu dərdə ola dərman, Əli Nasir.

 

Meydanlara çıxdın bu uca bayrağımızla,
Fəryad elədin: - "Azərbaycan!"- Əli Nasir.

 

Meydanlara bir şiri-jəyan tək çox atıldın,
Qaldıq bu şücaətlərə heyran, Əli Nasir.

 

Heç vaxtı unutmaz səni aləmdə Həmati,
Qəlbimdi sənin eşqinə ünvan, Əli Nasir.

 

                 TOLPRESS.AZ

 

Oxşar xəbərlər