Əli Nasir- “ÖZ TALIŞ TORPAĞIMDADIR“

16 Sen 2020 09:46
1170

Gəzib dolansan yüz eli
Sözləri şirin, məzəli,
Gözəllərin ən gözəli-
Bu Talış torpağındadir.

Yaylaqların səfalısı
Bulaqların şəfalısı,
Sevənlərin vəfalısı-
Bu Talış torpağındadır.

Gölləri var dərin, dayaz
Bu yerdə yox şaxta, ayaz,
Dörd fəsilin dördü də yaz-
Bu Talış torpağındadır.

Lerik, Masalli, Astara
Bənzər çiçəkli gülzara,
Yaşıl cunalı Lənkəran-
Bu Talış torqağındadır.

Biləsuvarın yox əvəzi
Cəlilabadi, Göytəpəsi,
Yardımlının şəlaləsi-
Bu Talış torpağındadır.

Nakəsə sirdaş deməyən
Namərdə qardaş deməyən,
Yüz əlliyə yaş deməyən-
Bu Talış torpağındadır.

Göylər dələn dağları var
Bol bəhrəli bağlari var,
Gəzməli oylağları var-
Bu Talış torpağındadır.

Bisütundə vardir adı
Var Madayi, Atropatı,
İgid Babəkin övladı-
Bu Talış torpağındadır.

Kaspidir ilki, əzəli
Seyr eləyək göy Xəzəri,
Daima Haqqın nəzəri-
Bu Talış torpağındadır.

Xan Talışin xan qalası
Şərəfli ad-san qalası,
Vüqarlı Şindan qalası-
Bu Talış torpağındadır.

Hər yeri bir haqq ocağı
Göz oxşayır hər bucağı,
Dünyanın cənnət qucağı-
Bu Talış torpağındadır.

Zərdüştün şair nəvəsi
Əli Nasirin nəfəsi,
İsrailin şirin səsi-
Bu Talış torpağındadır.

                                              Əli Nasir-1993

Oxşar xəbərlər