Əli NASİR: Sirri Nasir_Nasiri Sirr

19 Fev 2021 16:09
221

Səsləndi oyandıq hamı sübhə?-hə
Azad elədi milləti "cəbhə"?-hə
İndi gedir əldən ona havar-var?
Bəs neycün olubdur o xilaskar-kar?
Aldıqca vəzifə çoxu sərməst?-məst
Dindim ki, deyirlər a filankəs-kəs!
Dostlar da uzaqlaşdı ki, şərsən-sən!
Güya çıxaram "bəylərə" düşmən-mən.
Xəlvətdə isə bəy ilə keçəl-əl
Sən qurma keçəl, haqq işə əngəl-gəl
Vallah eləyibdir daha yaltağ-ağ!
Comərdlər ölür, amma qurumsağ-sağ!
Haqqn ki tələb etmədi nankor-kor!
Olsun başın üstündəki "nadzor"-zor!
Lütlər neçə vaxtdır gəzir əlac-ac
Bir baş tapıla ki, ona möhtac-tac
Olmuşmu qalan zərrə həqiqət-qət?!
Alsın necə beş yüzə millət-ət?
Öldürdü xəcalət məni zinhar-ar
Bağ-bağça dükan oldu, tilambar-bar
Bəxt onda yazılmış bizə bəlkəm-kəm
Olmuş o zaman ki, qoca Adəm-dəm
Qazlar kəsilib ev bəcəhənnəm-nəm
Sönməkdə işıqlar gecə bahəm-həm
Tapsız bizə də göndərin axşam-şam.
Ta sübh çəkirəm ev qıza vallah-ah.
Çox dandı ki, çalışır qoca Muxtar-tar.
Yazıq gicəlib, arvadı Gülzar-zar.
Resseptləri dokttora deyir yaz-az!
Nə əldə, nə aptekdə tapılmaz-maz!
Açdı bu gecə sizlərə Nasir-sirr
Şükr eyləyün əynüzdə o şalvar-var!!!

 "İNQƏ BƏY"
"CEŞMƏ" №21 Aprel 1993

Əli NASİR

Oxşar xəbərlər