Əli Nasirin qardaşı bədbəxt hadisə nəticəsində öldü

13 Okt 2021 10:24
67

Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.

Ambur.az bildirir ki, hadisə rayonun Şilavar kəndində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. O, tanınmış şair - mərhum Əli Nasirin kiçik qardaşı idi.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər