“Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabı nəşr olunub

09 Sen 2021 14:54
55

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin “Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabının üçüncü nəşri işıq üzü görüb.

Ambur.az APA-ya istinadən bildirir ki, kitab QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin ön sözü ilə nəşr edilib.

Azərbaycanda folklor nümunələri dövlət qeydiyyatına alınacaq
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib - FOTO
İlkin olaraq bu kitab “Məsumə” dini mağazalar şəbəkəsinə (28 may və Sədərək Ticarət Mərkəzi) və “Əhli-Beyt” dini dükanına (Nizami metrosu, Hacı Soltanəli məscidinin arxası) satış üçün verilib. Kitabın qiyməti 5 manat təşkil edir.

Üçüncü nəşrdə “Qəlqələ” hərfləri, “Bəqərə” surəsinin əvvəli, “Yasin”, “Ər-Rəhman”, “Mulk” surə-ləri və “Xətmül-Quran duası” Təcvid qaydaları rənglərlə göstərilməklə əlavə edilib, bəzi naxışlar yeniləri ilə əvəzlənib.

Kitab artıq satışdadır. Satışdan əldə olunan gəlir kitabın növbəti nəşrinə sərf olunacaq.

Oxşar xəbərlər