Elnarənin anasına dedikləri: “Birdən bunlar məni öldürsələr, meyitimi onların evindən çıxarmayın“

25 May 2022 16:45
228

Bu ilin mayın 10-da Lənkəran Rayon Mərkəzi xəstəxanasında dünyasını dəyişən Rzayeva Elnarə İntiqam qızının ailəsi onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edir. 

Ambur.az bildirir ki, bu barədə mərhumun qardaşı Seyfəddin Rzayev "Unikal"a müraciət edərək bildirib ki, E.Rzayeva qayınanası və əri tərəfindən işgəncələrə məruz qalıb:  
"Bacım Elnarə 2000-ci il 18 yanvar tarixində Lerik rayonu Çayrud kəndində anadan olub. 2018-ci ilin avqustun 7-də həmkəndlimiz Elvin Ağəlizadə ilə ailə həyatı qurub. Bu nikahdan onların 2019-cu ildə Mələk adlı qızı və 2021-ci ildə Əli adlı oğlu dünyaya gəlib. Elnarə dəfələrlə anasına və bacılarına qayınanası Zöhrə Qurbanova, əri Elvin Ağəlizadə və qayınatası Aqil Qurbanov tərəfindən ona işgəncələr verildiyini və dözülməz həddə çatdığını deyib. Lakin hər dəfə anası və bacıları onu sakitləşdirib səbrli olmasını deyirdilər. Bu ilin aprelin 26-da atam üçün dini məclis keçirirdik. Həmin məclisdə Elnarə, əri Elvin və qayınanası Zöhrə də iştirak edirdilər. Məclisdə Zöhrə Qurbanova yersiz mübahisə yaradaraq məclisi tərk etdi. Bu zaman Elnarə  anasına "Görürsünüz başıma nə oyun açırlar? Birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxarmayın", - dedi. 

Sonra Elvin Elnarəni və uşaqları götürərək evlərinə getdi. Ötən ayın 30-da saat 12:20 radələrində Elvin Elnarənin xalası Şəhlaya məlumat göndərərək Elnarənin anası Zöhrə Rzayevanın qayınanası Zöhrə Qurbanovaya zəng etməsini istəyib. Z.Rzayeva Z.Qurbanovaya zəng edərək, məsələnin nə olduğunu öyrənmək istəyib. Bu zaman Z.Qurbanova Z.Rzayevaya səs-küy salmamasını, Elnarənin həyətdə sudurğa keçirdiyini, Lerik Rayon Mərkəzi Xəstəxanasına aparıldığını deyib. Lakin sözügedən xəstəxana Elnarəni qəbul etməyib. Oradan birbaşa Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Elnarənin anası Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gələrək, qızının bədənində çoxsaylı bədən xəsarətlərini görüb. Bacımın vəhşicəsinə döyülərək boğulduğunu başa düşüb", - deyə o əlavə edib

Həmçinin S.Rzayev bacısının vəziyyətinin 10 gün ağır olaraq qaldığını deyib: 
"Elnarə 10 may 2022-də saat 14:00 radələrində Lənkəran Şəhər Xəstəxanasında vəfat edib. Müayinə üçün meyit məhkəmə- tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qardaşları və qohumları tərəfindən meyit Çayrud kəndinə gətirilərək 11 may tarixində dəfn edilib. Hadisənin üzərindən az qala bir ay keçməsinə baxmayaraq hələ də cinayətkarlar heçnə olmamış kimi öz evlərində yaşayırlar", - deyə o qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlamasında mərhumun qayınatası Aqil Qurbanov E.Rzayevanın öldürülmədiyini deyib: 
"Hadisə bu ilin 30 aprelində baş verib. Elnarə özünü asıb. Mən arvadım Zöhrəyə dedim ki, qızın anasına zəng et de ki, sudurğa tutub xəstəxanaya aparmışıq. Onun anasının yüksək təzyiqi var. Necə birbaşa deyə bilərdim ki, uşağın özünü asıb? Elnarəni biz öldürməmişik. O, özü intihar edib".

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Lerik rayon prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir.Bir ağaç, anıt ve açık hava görseli olabilir

Oxşar xəbərlər