ƏMDX tərəfindən təşkil olunmuş hərracda Lənkəranda yerləşən dövlət müəssisəsi özəlləşdirilib

03 Sen 2021 11:16
438

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti özəlləşdirmə hərracı keçirilib 2 dövlət əmlakı özəlləşdirilib. 

Ambur.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, 2 dövlət əmlakı özəlləşdirilib. Bunlardan biri Lənkəran şəhərində yerləşən kiçik dövlət müəssisəsi, digəri isə “Kürdəmir Kəndkimya” ASC-nin səhm paketidir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3yCWwb5).

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Oxşar xəbərlər