Əməkdar artist, aktyor, Lənkəran Dövlət Dram Teatrının rejissoru - Adil Zeynalov

05 Sen 2021 17:34
255

Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.

A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur

1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır
2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları
Aktyor kimi

Ü. Hacıbəyov “Olanlardan-keçənlərdən” –Müəllim
M. Kərim “Piyada Mahmud” – Mahmud
İ. Əfəndiyev “Billur sarayda” – Zahid
M. Hüseyn “Cavanşir” – Zöhrab
C. Məmmədquluzadə “Ölülər” – Lal
B. Nuşiç “Nazirin xanımı” – Ninkoviç
Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” – Səfərqulu xan
H. Mirələmov “Vicdanın hökmü” – Qara Fedya
Ə. Haqverdiyev “Bəxtsiz cavan” – Hacı Səməd ağa
H. Mirələmov “Pənah xan Cavanşir” – Nadir şah
H. Mirələmov “Ləyaqət” – Şeydabek
Ə. Əmirli “Onun iki qabırğası” – Dədə
Sofokl “Şah Edip” – Korifey
A. Mədətov “Sezarın qətli” – Brut
M. Xubai “Şeytanın oyunları” – Neron
Q. Qorin “Herastratı unudun”-Tissafern
K. Nəzirli “Şeytan işığı” – Con
M. Məmmədov “Sovqat” - Əflatun

Rejissor kimi
Ə. Əmirli “Varlı qadın”
Ə. Əylisli “Vəzifə”
Q. Hüseyni, Ə.Cəmşidi “Hacı Kərimin aya səyahətı”
F. Mustafa “İlğım”
H. Cavid “Ana”
Y. Əzimzadə “Nəsrəddin”
L. Korsunski “Fırıldaqçı”
C. Fətullayev, A. Zeynalov “Muəmmalı ölüm”
Ə. Səmədli “Dəyirman əhvalatı”
Ə. Səmədli Toyda Çelentano oxuyur”
B. Nişiç “Nazirin xanımı”
V. Səmədoğlu “Mamoy kişinin yuxuları”
H. Muxtarov “Mən nənə ilə evlənirəm”

Adil Zeynalov 12 mart 2020-ci ildə Bakıda vəfat etmiş və Lənkəranda dəfn edilmişdir.

Mənbə: Vikipediya

Oxşar xəbərlər