Əməkdar artist vəfat etdi

28 Dek 2021 04:56
398

Əməkdar artist Zilli Namazov vəfat edib.

Ambur.az xəbər verir ki, bu barədə aktyor Xalq artisti Kazım Abdullayev məlumat paylaşıb.

O bildirib ki, Əməkdar artist axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

Oxşar xəbərlər