Əməkdar jurnalist Mais Məmmədov vəfat edib

16 İyl 2022 12:10
112

Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

Ambur.az xəbər verir ki, bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.

Xatırladaq ki, bir müddət əvvəl o, səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə alırdı.

Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə işləyib, ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb. Eyni zamanda, ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri idi. Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Fəxri adı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər