Ərçivanın qəhrəman oğlu- şəhid Sadiq Bağırzadə

06 Fev 2021 16:14
680

Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur. Uşaqlıq illəri Ərçivan qəsəbində keçmişdir. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. Evin tək oğlu olan Sadiq kiçik yaçlarından boksla məşğul olmuşdur. Boks üzrə Azərbaycan komandasının üzvü olmuşdur. İdman karyerasında bir çox medallar əldə etmiş və diplomla təltif edilmişdir. Sadiq həm də yarışlarda respublika birincisi olmuşdur. 

2020-ci il may ayının 2-də(Covid 19 xəstəliyi ilə bağlı gecikmə) Astara rayon Hərbi komissarlığı tərəfindən Sadiq həqiqi hərbi xidmətə çağırılır və Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsinə göndərilir. Xidmət etdiyi hərbi hissədə 4 ay müddətində daim təlimdə olmuşdur. Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsinin ilk günündən müharibədə iştirak edən qəhrəman kəşfiyyatçı düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canl qüvvəsini məhv etmişdir. 30 sentyabr taixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbəsində anadan olan Sadiq Şahin oğlu Bağırzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər