Ərdoğan: “Şəhidlərin ağası Həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm“ - VİDEO

09 Avq 2022 14:21
166

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.

Ambur.az xəbər verir ki, Prezident bu haqda "Twitter" hesabında yazıb:
"Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi Həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm",- deyə paylaşımda qeyd olunub.

Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib və sinə vurub.

Məclisdə vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib. 

 

Oxşar xəbərlər