Erməni əsgərin asılmış meyiti aşkarlandı

14 May 2021 20:50
73

Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərinin meyiti aşkarlanıb.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü Roman Baqdasaryan ötən il hərbi xidmətə çağırılıb. Onun meyiti bu gün səhər saat 7 radələrində asılmış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı istintaq aparılır.

Oxşar xəbərlər