Ermənilər türk jurnalistləri hədəfə aldılar

27 Sen 2020 09:43
287

Ermənistan ordusu Azərbaycana qarşı törətdiyi təxribatlar zamanı bölgədə fəaliyyət göstərən “Anadolu” agentliyinin və TRT kanalının əməkdaşlarına atəş açıblar.

Ambur.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qapanlı kəndi yaxınlığında çəkiliş aparan jurnalistləri hədəfə alan ermənilər minaatandan bir neçə dəfə atəş açıblar. Mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Yaralananların olmadığı bildirilir. 

Oxşar xəbərlər