Ermənilərin Bərdəyə raket atması nəticəsində 10 nəfər yaralandı, 3 nəfər həlak oldu

27 Okt 2020 13:45
298

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.

Ambur.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.

Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Həlak olan və yaralılar var.

Prezidentin köməkçisi Hikmət Hacıyev hadisəylə bağlı tvit ataraq bildirib ki, erməni terroru nəticəsində həlak olanların sayı 3-ə çatıb, qadın və uşaqlarla daxil olmaqla daha 10 nəfər yaralanıb. 

Oxşar xəbərlər