Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

05 Noy 2020 07:56
158

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Ambur.az xəbər ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub", - məlumatda deyilir.
 

Oxşar xəbərlər