Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb

02 Sen 2020 10:04
189

Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb.

Ambur.az "armenpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

"Avqustun 31-də sentyabrın 1-dək alkoqoldan zəhərlənmə diaqnozu ilə 27 nəfər xəstəxanalara gətirilib, onlardan 14-ü ölüb. 20 nəfər Armavirdə zəhərlənib ki, onlardan 9-u vəfat edib. Bu şəxslər eyni yerdən alınmış, ev istehsalı olan alkoqollu içkidən içiblər", - deyə o qeyd edib. 

Oxşar xəbərlər