Ermənistanda zəlzələ baş verib

27 Avq 2021 11:07
275

Göyçə bölgəsində zəlzələ olub.

Ambur.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ Aşağı Qaranlıq şəhərində baş verib. Yeraltı təkan episentrdə Rixter şkalası ilə 4-5 balla qiymətləndirilib. Ətraf ərazilərdə isə 3.3 bal, İrəvanda 2 balla hiss edilib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə məlumat verilməyib.

Oxşar xəbərlər