Ermənistanın baş hərbi müfəttişi istefa verdi

18 Noy 2020 17:25
13

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa ərizəsini təqdim edib.

Ambur.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Akopyan Ermənistan KİV-nə verdiyi müsahibəsində bildirib.

“Bəli, istefa ərizəsini yazdım. Səbəbləri haqqında daha sonra məlumat verəcəyəm”,- deyə Akopyan bildirib.

Qeyd edək ki, Movses Akopyan Nikol Paşinyan baş nazir seçildikdən sonra, 2018-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.

Oxşar xəbərlər