Əslən Lerik rayonundan olan iş adamı Azərbaycan Ordusuna 200 000 manat yardım edib

05 Okt 2020 20:11
2642

Əslən Lerikin Pirəsora kəndindən olan, Rusiyada yaşayan iş adami Xalıqov İlham  Allahverdi oğlu Azərbaycan Ordusununa 200 000 manat yardım edib.

Ambur.az xəbər verir ki, bu barədə Fuad Cəlilov özünün "Facebook" profilində qeyd etmişdir. 

"Mən həmişə insan öz etnik mənsubiyyəti ilə fəxr etməz deyərdim. Amma mənsub olduğum TALIŞ xalqının bu günlərdə vətən üçün necə olduqlarını görüb bu sözümü bu günə pozmuş oluram. 
Əslən Lerikin Piyəso (Pirasora) kəndindən olan, Rusiyada yaşayan iş adamı Xalıqov İlham Allahverdi oğlu Azərbaycan Ordusuna 200.000 manat yardım etmişdir. Çox qürurlandım. Belə oğulları olan Lerikdən olduğum üçün. İlk dəfə olaraq və həm də uca səslə deyirəm. Xalqımın qeyrətinə qurban. MƏN FƏXR EDİRƏM Kİ, TALIŞAM. 
Buradan Perm şəhərində yaşayan İhama da təşəkkürümü bildirirəm. Biz talışlar hər zaman, hər yerdə Azərbaycan dövlətinin dayağıyıq. 
#bizbirlikdəgücküyük.
Qarabağ Azərbaycandır!!!!!"

<span>Əslən Lerik rayonundan olan iş adamı Azərbaycan Ordusuna 200 000 manat yardım edib</span><span xss=removed> </span>

Oxşar xəbərlər