Əslən Lerik rayonundan olan Turan oynadığı “La liga junior“da ilin ən dəyərli oyunçusu seçilib.

01 İyn 2021 16:48
174

Əslən Lerik rayonundan olan Turan Cəmşid oğlu Qasımlı 2010-cu ildə Sumqayıt şəhərində anadan olub. 6 yaşına qədər Sumqayıt şəhərində yaşayan Turan 2016-cı ildə valideynləri ilə birgə İspaniyanın Malaga şəhərinə köçüb. Turan bu sezon oynadığı "La liga junior"da ilin ən dəyərli oyunçusu seçilib və ona "Nike" sport geyim markası tərəfindən üzərində "Turan S.Zurdo" (super solaxay Turan) yazılmış futbol ayaqqabısı hədiyyə edilib. 

Qeyd edək ki, yarımmüdafiyəçi Turan il ərzində 22 oyunda 21 asist və 16 qolla yadda qalır. Əlavə olaraq bunu da bildirək ki, Turan Malaga şəhərində son oyununa çıxdı. Barselona klubu Turan üçün təklif göndərməyə hazırlaşır. Yəni, Turan növbəti sezonu Barselona klubunda keçirə bilər. 

Turanın atası Cəmşid Qasımlının dediklərinə görə, 10 yaşlı oğlu 5 yaşından karate idman növü ilə məşğul olub və 6 yaşında Azərbaycanda uşaqlar arasında keçirilən turnirdə ölkə çempionu adını qazanıb. Sonradan valideynləri ilə birlikdə İspaniyanın Malaga şəhərinə köçən Tural Qasımlı burada qısa müddət karete ilə məşğul olub. Lakin sonradan Tural öz istəyilə "Malaqa" klubunun uşaq futbol məktəbinə yazılıb və qısa müddətdə məşqçilərin diqqətini çəkib: "Buna səbəb Turanın solaxay olması, ancaq sol ayağı ilə də zərbələri dəqiq vura bilməsi, hər iki ayağını oyun zamanı aktiv işlədə bilməsi olub. Həmçinin Turalın sürətli qaçışı və qıvraq biləkləri, mükəmməl ara ötürmələri onu digər həmyaşıdlarından fərqləndirib. 2019-2020 sezonunun başlanğıcında İspaniyada xərçəng xəstələri olan qadınlar üçün yardım məqsədilə Qranada şəhərində xeyriyyə oyunu təşkil edilir və bu oyuna İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilir. Eyni zamanda həmyerlimiz Turan Qasımlı da həmin oyuna dəvət edilir. 25 nəfərdən ibarət 4 komandaya bölünərək 3 oyun keçirilir. Hər biri ayrı-ayrı komandalardan dəvət olunmasına rəğmən, Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 hesabı ilə qalib olur. Həmin oyunu izləməyə gələn ispan klubları Skaut komandalarının içində sözsüz ki, "Barselona" Skaut məşqçiləri də olur. Bundan sonra Turan artıq "Barselona"nın diqqətini üzərinə çəkmişdi".

Oxşar xəbərlər