“Evdən çıxmadığım halda radara düşməyimlə bağlı SMS gəldi” - Xalq Artisti

22 İyn 2021 16:46
220

Xalq artisti Aygün Bayramova yol-hərəkəti qaydalarını pozmadığı halda ona cərimə yazıldığını açıqlayıb.

Ambur.az bildirir ki, bu barədə məşhur xanəndə “Fatehin Divanı” proqramında qonaq olarkən bildirib.

Muğam ustadı evdə olduğu halda radara düşməsi barədə ona SMS gəldiyini qeyd edib: “17 ildir avtomobil idarə edirəm. Mayın 28-də heç evdən çıxmamışam. Oturduğum anda mənə SMS formasında radara düşməyim barədə məlumat gəldi. Hansı küçədə olması, pozduğum qayda və digər məlumatlar verildi.

Diqqətlə baxdım, səhv var idi. Mənim nömrəmlə başqası qarışdırılmışdı. Bir hərfə görə... “Gelandewagen” markalı avtomobil idi. Müraciət etdim ki, məsələni aydınlaşdırsınlar. 17 il ərzində qaydaları öyrənmişəm, adi parklanmaya belə diqqət edirəm”.
                                ***
Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polkovnik-leytenantı Namidan Piriyev “Qafqaqzinfo”ya açıqlamasında texniki səhvə yol verildiyini bildirib:

“Aygün xanım doğru deyir. Onun avtomobili ilə digər maşınının hərflərinin  seriyası səhv yazılıb.  Elə bil Xalq artistinin seriyasında hərflər “XH”, qaydanı pozan isə “HX”dır. Texnikmi səhvə yol verilib.  Nəticədə Aygün Bayramovanın avtomobilinə cərimə tətbiq olunub.  Aidiyyatı üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət edibsə, problem tez bir zamanda aradan qaldırılacaq”. 

Oxşar xəbərlər