Evə sərxoş gələn qadın sevgilisinə xəsarət yetirdi

23 Mrt 2022 12:55
161

Bakıda evə sərxoş gələn qadın ona etiraz edən sevgilisini çəngəl ilə vuraraq xəsarət yetirib.

Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə fevralın 7-dən 8-nə keçən gecə Nizami rayonunda baş verib.

Sabirabad sakini olan 38 yaşlı Aynur Kərimova (şərti) fevralın 7-də iş yoldaşının doğum günü məclisində iştirak edib və orada spirtli içki qıbul edib.

O, Məhkəmədə ifadəsində özünü təqsirli bilərək qeyd edib ki, gecə saat 1-ə işləmiş evə gələndə qeyri-rəsmi nikah münasibətində olduğu Qalibin yatdığını görüb: “Mobil telefonumda yüksək səslə musiqiyə qulaq asırdım. Bu vaxt Qalib oyandı və məndən musiqinin səsini kəsməyimi tələb etdi. Buna görə mübahisə etdik, stolun üstündəki çəngəli götürüb onu qorxutmaq üçün fırladanda sifətinə və boynuna xəsarət yetirdim. Peşmanam, Qaliblə barışmışıq, ona dəyən zərəri ödəmişəm”.

A.Kərimovanın sevgilisi Qalib də artıq onunla barışdığını və şikayətinin olmadığını bildirib.

Ekspertin rəyinə görə, A.Kərimova çəngəllə Qalibin üst dodağından, sol yanağından və qolağından, boynundan xəsarətlər yetirib. O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə tərəflərin barışdığını və şikayətin olmadığını nəzərə alaraq, sadələşdirilmiş icraat qaydasında işə xitam verib.

Oxşar xəbərlər