“... əxlaqsız hərəkət etmirəm“ - Elmar Qasımov

08 İyl 2021 12:24
277

Azərbaycanın olimpiya mükafatçısı Elmar Qasımov növbəti "pullu paylaşım"ı ilə gündəmə gəlib. Bir müddət əvvəl eyvandan küçəyə pul səpməsi ilə çoxsaylı qınağa tuş gələn cüdo üzrə yığmamızın keçmiş üzvünün bu dəfə əlində bir dəstə dollarla özünü yelləməsi birmənalı qarşılanmayıb.

Ambur.az xəbər verir ki, bu barədə Fanat.Az-a danışan tanınmış idmançı bəhs olunan videoların ictimaiyyət tərəfindən qınaqla qarşılanmasının özü üçün anlaşılmaz olduğunu söyləyib: "Mən o videolarda pis nəsə olduğunu düşünmürəm. Düşünsəm, çəkmərəm də. Orda qız yoxdur, kimisə söymürəm, ya da başqa əxlaqsız hərəkət etmirəm. Eyvandan küçəyə səpdiklərim oyuncaq pullar idi, bu çəkilişdəkilərin isə bir qismi. Pulla çəkiliş edirəmsə, bu, pulla qürrələnməyim anlamına gəlməməlidir. Hərə özü istədiyi kimi başa düşür. Düz başa düşən də var, səhv anlayan da. Ancaq bütün bunlar sadəcə, bir zarafatdır".

Rio Olimpiadasının gümüş mükafatçısı qeyd olunan videolara görə yığmadan uzaqlaşdırılması məsələsinə də münasibət bildirib: "Federasiyadan xəbərdarlıq olunmuşdu. Mən də bir-iki ay heç nə paylaşmadım. İndi də deyilənə görə, komandadan uzaqlaşdırılmağın səbəbi videolarımdır. Elə deyirlərsə, qoy elə olsun".

Oxşar xəbərlər