Fəhlə faciəvi şəkildə öldü

03 İyl 2021 10:02
185

Dünən Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyev iş görərkən xəsarət alıb və aldığı xəsarətlərdən ölüb.

Ambur.az xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Oxşar xəbərlər