Fərrux Yəssar Talış bölgəsində

29 Yan 2021 14:01
181

Talış zonasında pis mənada “Yəsiri zoə”(Yəsirin oğlu) “Yəsiri kinə” (Yəsirin qızı) “Yəsər niş ki?” ( Yəsər deyilsən ki?) Yəsor, Yəsir və s.ifadə və ibarələrlə bağlı qarğışlar indiyədək işlənir. Bu çox mühüm bir tarixi hadisə ilə bağlıdır.
Məlumdur ki, Şah İsmayıl Xətainin qızılbaşları içərisində minlərlə Talış varidi. 1500-cü ilin axırlarında Şah İsmayıl Şirvanşah Fərrux Yəssara qarşı vuruşmuşdu. Bu döyüşdə İsmailin 7 min nəfərlik əskərindən 2 min nəfəri Talış idi. Öncərgədə döyüşən Talış cəngavərləri böyük şücaət və igidliklər göstərir, İsmayılın dəstəsi döyüşdə qalib gəlir, Fərrux Yəssar öldürülür.Bununla yanaşı İsmayılın da itkiləri az olmur. Şəhid olan əsgərlərin bir qismi Talış igidləri idi. Onları dəfn etmək üçün Talışa göndərirlər.
Demək olar ki, Talışın hər kəndində şəhid gəldiyindən valideynlər övladlarını şəhid etməyə bais olmuş Fərrux Yəssara qarğışlar deyirdilər və həmin qarğışlar bu günədək səslənməkdədir.

ASE, X c. Səh. 474.
Mamusta kitabı. səh 144.

           Yusif RƏHİMİ

Oxşar xəbərlər