FHN zabiti Ağdamda minaya düşdü

13 May 2022 12:55
62

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabiti Ağdamda minaya düşüb.

Ambur.az xəbər verir ki, FHN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün rayonda minatəmizləmə əməliyyatı zamanı baş verib. Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir

Oxşar xəbərlər