Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov - 43

14 İyl 2021 17:10
116

Bu gün Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun doğum günüdür.

Rasim Arif oğlu Heydərov 1978-ci il iyul ayının 14-də Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2002-ci illərdə həmin fakültənin magistr pilləsini "Ümumi dilçilik" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə akademik Ağamusa Axundovun rəybərliyi ilə "Dillərarası əlaqələr və dillərin inkişafı məsələləri" adlı dissertasiyanı uğurla müdafiə edərək Dil nəzəriyyəsi ixtisası üzrə Filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2012-ci ildən dosentdir. Dilçiliyin müxtəlif istiqamərlərində 50-ə yaxın məqalə, bir monoqrafiya və 2 lüğətin müəllifidir. Elmi fəaliyyətini AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aparıcı elmi işçi kimi davam etdirir. Eyni zamanda Respublikamızın bir çox elm ocaqlarında nəzəri dilçiliyin müxtəlif sahələrindən mühazirələr oxuyur. Hazırda da elmi və pedaqoji fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər