Fransanın Bordo şəhərinin mərkəzində partlayış

06 Fev 2021 14:49
70

Fransanın Bordo şəhərinin mərkəzindəki binada güclü partlayış baş verib.

Ambur.az bildirir ki, bu barədə şəhərin yerli "Sud Ouest" qəzeti məlumat verib.

 

Nəşr bildirib ki, ilkin araşdırmaya görə partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində binaya ciddi ziyan dəydiyi, binanın uçma təhlükəsinin olduğu qeyd olunub.

Xilasetmə qrupları və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

 

 
 
 

Oxşar xəbərlər