Fuad Mondiqovıj: TALIŞ ELİM

13 Yan 2021 16:47
120

Sizə xəbər verim Talış elimdən,
Düşməyir hüç zaman mənim dilimdən,
"Cənnətin məkanı" adlı filmdən,
Hər kəsə bir parça arzu edirəm.
Talış vətənimdir, onu sevirəm.


Səfalı oylaqdır, kəsləri sadə,
Unutma heç zaman, onu nəbadə,
Ən çətin anında yetişər dadə,
Qəlbimi burdaca qoyub gedirəm.
Talış vətənimdir, onu sevirəm.


Ayrılmaq çətindir doğma diyardan,
Sanki ayırırlar simləri tardan,
Bilmirəm nə deyim, danışım hardan,
Ruhumu vətənlə bölüb gedirəm.
Talış vətənimdir, onu sevirəm.

                       Fuad MONDİQOVIJ_06.08.2017
 

Oxşar xəbərlər