Gənc şairə, yazar Aytən Eyvazonun yeni kitabı çapdan çıxıb - ARTIQ SATIŞDA

22 Yan 2022 14:49
167

Gənc şairə, yazar Aytən Eyvazonun "ZÜLMƏT SAÇAN ÇIRAQ" adlı yeni kitabı çapdan çıxıb. 

Ambur.az-ın xəbərinə görə, kitab 248 səhifədən ibarətdir, "Mücrü" nəşriyyatının "Proza" seriyasında nəşr edilmişdir. Kitabın redaktoru Əzəmət Həsənova məxsusdur.

Əldə etmək istəyən Respublika Talış Mədəniyyət Mərkəzinin ofisindən əldə edə bilərlər. Qiyməti 8 manat.

Qeyd edək ki, kitab dedektiv motivli romandır. Bir gənc jurnalistdən bəhs edir. Jurnalist əlində heç bir fakt və dəlil olmadan, sadəcə hisslərinə güvənib qəribə bir sirri araşdırmağa başlayır. Araşdırmaları nəticəsində qarşılaşdığı şahidin dedikləri, yaşadığı ağrı-acıları dinlədikcə heyrətdə qalır ki, uzun illər insanlardan belə bir böyük sirri necə gizlədə biliblər. Təsadüfən aşkarladığı bu dəhşətli sirri faş etmək onun tək məqsədinə çevrilir.

Oxşar xəbərlər